Ermənistan Suriyaya növbəti humanitar yardımı Mirzoyanla göndərir

DÜNYA 23.02.2023 2073

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan fevralın 23-də Suriyaya gedəcək. 

"Saat24.az" xəbər verir ki, bu barədə XİN-in mətbuat katibi Vaan Hunanyan məlumat verib. 

Məlumata görə, nazir zəlzələdən zərər çəkmiş rayonlara humanitar yardımın üçüncü partiyasını çatdırmaq üçün şəxsən səfər edəcək. 

Səfər çərçivəsində Mirzoyan Suriya prezidenti və bu ölkədən olan həmkarı ilə görüşlər keçirəcək.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə baş verən güclü zələlə Suriyada da dağıntı və çox sayda ölümə səbəb olub. 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top