"Səninləyəm-Türkiyəm!" adlı yardım kampaniyasına start verildi

CƏMİYYƏT 06.02.2023 1312

Fevralın 6-da Türkiyənin Kahramanmaraş bölgəsində, Qaziantepdə və digər ərazilərdə güclü zəlzələ baş verib.

"Saat24.az" xəbər verir ki,  təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb, insan təlafatı və çoxsaylı yaralılar var. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili və cəmiyyətin rəhbər heyəti Türkiyə Qızıl Ayının Azərbaycan nümayəndəliyinə gedərək baş vermiş təbii fəlakətlə bağlı Türkiyə xalqına başsağlığı vermiş və cəmiyyətin missiyasına uyğun yardımların edilməsi üçün hazır olduqlarını bildirmişlər. 

Səhər iş saatı başlayan kimi Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Baş Qərargahında Türkiyədəki zəlzələ ilə bağlı təcili müşavirə keçirilib. Cəmiyyətin prezidenti, millət vəkili Novruz Aslanovun başçılığı ilə keçirilən müşavirədə yardım kampaniyası ilə bağlı müzakirələr aparılıb, imkanlar araşdırılıb. Zəlzələdən zərərçəkən insanlara yardım edilməsi məqsədilə “SƏNİNLƏYƏM-TÜRKİYƏM!” adlı yardım kampaniyasının keçirilməsi qərara alınıb. Yardım kampaniyasına həm fiziki, həm də hüquqi şəxslər qoşula bilər. 

Onlayn İANƏ: Hesab.az və Yardım.et 

Ödəmə terminalları: Milliön, eManat

SMS İanəsi: Azercell abunəçiləri 8116 nömrəsinə İANƏ etmək istədiyi məbləği yazaraq SMS vasitəsilə İANƏ edə bilər.

 

XƏBƏR LENTİ
17.04.2024 3205

DİGƏR XƏBƏRLƏR

Loading
Top