"Wednesday Addams" vəfat etdi

DÜNYA 30.01.2023 369

“Addams family” (1964-1966) serialında "Wednesday Addams" obrazını canlandıran amerikalı aktrisa Liza Lorinq dünyasını dəyişib. 

"Saaat24.az" xəbər verir ki, Lorinq 65 yaşında Kaliforniyada xəstəxanaların birində yüksək qan təzyiqinin səbəb olduğu insultdan sonra vəziyyətinin ağırlaşması nəticəsində vəfat edib.  

Qeyd edək ki, Lorinq sözügedən serialda 6 yaşında olarkən məşhur obrazı canlandırıb. O, karyerası ərzində 20 film və serial rol alıb. Onun sonuncu layihəsi 2015-ci ildə ekranlara çıxan “Doktor Spin” filmi olub.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top