FHN: Bayram günlərində 170 yanğına çıxış olub, 37 nəfər xilas edilib

GÜNDƏM 05.01.2023 1432

Bayram günlərində 170 yanğına çıxış olub, 37 nəfər xilas edilib.

FHN-dən Oxu.Az-a verilən xəbərə görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən bayramla əlaqədar qeyri-iş günləri ərzində ümumilikdə 170 yanğına çıxış, 26 köməksiz vəziyyətdə qalma, 3 nəqliyyat qəzası və 2 partlayış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, partlayışların nəticələrinin çevik aradan qaldırılması və insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən bayram günləri ərzində 9-u azyaşlı olmaqla 37 nəfər xilas edilib, 5 nəfər xəsarət alıb. Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Həmçinin, çoxmərtəbəli yaşayış binasında baş verən partlayış hadisəsi zamanı 1 nəfərin və nəqliyyat qəzaları zamanı aşkar olunan 2 nəfərin meyitləri aidiyyəti üzrə təhvil verilib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top