Tayvanda məcburi hərbi xidmət müddəti uzadıldı

DÜNYA 28.12.2022 1723

Tayvanda məcburi hərbi xidmət müddəti dörd aydan bir ilədək uzadılır.

Bunu prezident Tsay İnven bildirib.

Qərar Tayvanı separatçı əyalət kimi görən Pekin və Taypey arasında gərginliyin artması fonunda verilib.

Tayvan tərəfi israr edir ki, müstəqil dövlətdir, öz konstitusiyası, ordusu və seçilmiş hökuməti var.

Qeyd edək ki, Tayvan ordusu 1990-cı illərin əvvəllərindən, 18 yaşdan yuxarı bütün kişilərin üç ilə qədər orduda xidmət etmələrinin tələb olunduğu vaxtdan bəri əhəmiyyətli dərəcədə kiçilib. Sonrakı bir neçə onillikdə xidmət müddəti bir il 10 aya, sonra isə dörd aya endirilib.

Məcburi hərbi xidmətin uzadılmasına dair yeni qayda Tayvanın növbəti prezidentini seçdiyi ay 2024-cü ilin yanvarında qüvvəyə minəcək.

Mənbə: BBC

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top