Azərbaycanda sərnişin avtobusu qəzaya uğradı - YENİLƏNİB + FOTO

HADİSƏ 22.12.2022 1342

Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər ərazisində şəhərdaxili sərnişindaşıma ilə məşğul olan avtobuslardan birinin aşması ilə bağlı məlumat daxil olub. 

Bu barədə Oxu.Az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.

Onun sözlərinə görə, dərhal polis əməkdaşları hadisə yerinə gələrək avtobusda olan sərnişinlərin çıxarılmasında və digər zəruri araşdırmalar aparılmasında iştirak ediblər. 

“Hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır”.

13:24

Gəncədə sərnişin avtobusu aşıb. 

Oxu.Az-ın məlumatına görə, hadisə zamanı hərəkətdə olan 23 saylı xətt üzrə işləyən sərnişin avtobusunun yoldan çıxaraq dərəyə aşıb. 

Hadisənin səbəbləri məlum deyil. 

Ölən və xəsarət alanlarla bağlı məlumat yoxdur.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top