“15-19 yaşlı qadınlar arasında əsas ölüm səbəbi hamiləlikdir” - AÇIQLAMA

GÜNDƏM 21.12.2022 1882

“Beynəlxalq araşdırmalar göstərir ki, dünyada 15-19 yaşlı qadınlar arasında əsas ölüm səbəbi hamiləlikdir”.

Saat24.Az xəbər verir ki, bu fikirləri bu gün Səhiyyə Nazirliyinin rəsmi “Instagram” səhifəsində canlı yayımda Nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Monitorinq və Təhlil Şöbəsinin həkim-metodisti Afət Məmmədova erkən nikah və onun reproduktiv sağlamlığa təsiri barəsində sualları cavablandırarkən deyib.

Onun sözlərinə görə, 19-25 yaş arasında doğuş keçirən qadınları 18 yaşından aşağı ana olmaq istəyənlərlə müqayisə etdikdə görərik ki, ana ölümü hallarına erkən doğuş səbəb ola bilir:

“15 yaşdan kiçik hamiləlik zamanı fəsadlar müşahidə edilir. Erkən düşük halları, vaxtından əvvəl doğuşlar ola bilər. Bu fəsadları insan özü fikirləşməlidir və o addımlardan çəkinməlidir”.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top