Kiyevin vacib infrastruktur obyektlərinə dronlarla zərbələr endirilib

DÜNYA 19.12.2022 1569

Rusiya ordusu bu gün səhər saatlarından etibarən “Şahed-136” kamikadze dronları vasitəsilə Ukrayna paytaxtına hücumlar təşkil edib.

Məlumatı təsdiqləyən Kiyevin meri Vitali Kliçko qeyd edib ki, hücum paytaxtın vacib infrastruktur obyektlərinə qarşı həyata keçirilib.

Kiyev şəhər hərbi administrasiyasının rəhbəri Sergey Popkonun bəyanatında isə bildirilir ki, paytaxt səmasında ümumilikdə 20 kamikadze-dron qeydə alınıb, onlardan 15-i uğurla zərərsizləşdirilib.

“Buna rəğmən, təəssüf ki, bir sıra vacib infrastruktur obyektlərinə zərbələrin endirilməsi də qeydə alınıb, aidiyyəti qurumlar nəticələrin aradan qaldırılması ilə məşğuldurlar”, - deyə Sergey Popko vurğulayıb.

Mənbə: UNIAN

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top