
Ötən gün Azərbaycanda avtomobil qəzalarında 9 nəfər ölüb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, dekabrın 15-də respublikanın avtomobil yollarında ölümlə nəticələnən 3 yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Nəticədə 9 nəfər ölüb, 6 nəfər isə xəsarət alıb.