“Gənclərin maliyyə savadlılığına dəstək” layihəsinin icrası yekunlaşdı - FOTO

CƏMİYYƏT 05.12.2022 1273

Gənc Mühasiblər İctimai Birliyi “Gənclərin maliyyə savadlılığına dəstək” layihəsinin icrası yekunlaşdırıb.

Layihə Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının “Gənclər Təşkilatlarının Fəaliyyətlərinin Dəstəklənməsi - 2.0” proqramı çərçivəsində həyata keçirilib.

Ümumilikdə iki fazadan ibarət olan layihə zamanı Bakı və Gəncə şəhərlərinin hər birindən 15 gəncə ölkəmizdə gənclərin maliyyə savadlılığının artırılmasına dəstək göstərmək məqsədilə təlimlər keçirilib.

Belə ki, ilk təlim 14 noyabr 2022-ci il tarixində Bakı şəhərində baş tutub. Təlimçi qismində Rəvan Cəfərli çıxış edərək iştirakçılara “Ağıllı büdcə; Gəlir və xərclərin planlaşdırılması idarə olunması”, “Maliyyə məqsədlərinin formalaşdırılması”, “Yığımlar, qənaət yolları və gözlənilməz hallar üçün fövqəladə fondun yaradılması”, “Borc alma və investisiya kimi təməl maliyyə anlayışlar”, “Maliyyə resurslarına çıxış” kimi mövzularda məlumat verib. Təlimin davamı olaraq nəzəri biliklərin praktikada tətbiq edilməsi üçün qrup işləri və interaktiv oyunlar təşkil edilib.

İkinci təlim 22 noyabr 2022-ci il tarixində Gəncə şəhərində keçilib. Təlimçi qismində İsa Şəfiyev iştirak edərək qeyd edilən mövzularda region gənclərini məlumatlandırıb və qrup işləri ilə təlim yekunlaşıb.

Hər iki təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.

 








XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top