Azərbaycanda intihar edən rəqqasın dostu: “Onunla bağlı yanlış məlumatlar dolaşır” - YENİLƏNİB + FOTO

HADİSƏ 05.12.2022 1212

“İntiharın hansı şəkildə baş verməsindən xəbərsizəm”.

Bu sözləri mərhum rəqqas Dəyanət Məmmədovun dostu meyxanaçı Kamran Xırdalanlı Saat24.Az-a açıqlamasında deyib.



Onun sözlərinə görə, Dəyanətin ölümü ilə bağlı sosial şəbəkələrdə yanlış məlumatlar var:

“Onunla bağlı sosial şəbəkələrdə yanlış məlumatlar dolaşır. Hamısı yalandır. Boşandığı bildirilir. Elə bir söhbət yoxdur. Sadəcə özünün, bir də Allahın bildiyi səbəb olub. O bizim dostumuz, əziz qardaşımız idi. Hazırda yoldayam, dəfn mərasiminə yollanıram”.

K. Xırdalanlı dostunu sonuncu dəfə sənət yoldaşı Rəşad Dağlının oğlunun toyunda gördüyünü açıqlayıb:

“Ondan sonra görməmişəm. Dəyanət rəqqaslıqla yanaşı dekorasiya işi ilə də məşğul idi. Başını aşağı salıb işini işləyən biri idi. İntiharın hansı şəkildə baş verməsindən xəbərsizəm. Qubada dəfn olacaq. Ata-anası, qardaşları - hamısı orada yaşayır. Özü Bakıda da yaşayırdı. Ora da gedib-gəlirdi. Ailəli idi, qız övladları var idi. 1991-ci il təvəllüdlü idi”.

Mərhumun daha bir  yaxın dostu isə xəbərdən sonra hələ də özünə gələ bilmədiyini söyləyib:

“Çox acı xəbərdir. Donub qalmışam. İllərin dostu idi. Biz Qubada birlikdə işləmişik. Haradan-hara gəlib çıxmışıq. Dünən mən Xaçmazda bir məclisdə idim. Telefonu açanda məlumatı gördüm. İnana bilmədim. Ölümü ilə barışa bilmirəm. Harada dəfn ediləcəyindən belə xəbərsizəm. Çaşıb qalmışam. Təəssüf, intihar yaxşı bir hal deyil. Kaş belə olmazdı”.

09:36

Tanınmış rəqqas Dəyanət Məmmədov intihar edib.

Bu barədə onun yaxın dostu, yazar Murad Muradov məlumat yayıb.

Onun sözlərinə görə, rəqqas gecə saatlarında həyatına son qoyub.

 








XƏBƏR LENTİ
20.04.2024 2017

DİGƏR XƏBƏRLƏR

Loading
Top