ABŞ-ın xüsusi nümayəndəsi: “İran sanksiyalara və Rusiyaya yardımına görə “qapalı dairəyə” düşüb”

SİYASƏT 05.12.2022 1599

İran hakimiyyətinin hərəkətləri ona gətirib çıxarıb ki, o, öz xalqı və beynəlxalq ictimaiyyətlə əlaqəsinin kəsildiyi “qapalı dairəyə” düşüb.

Bunu ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Rob Melli deyib.

“İran etirazları nə qədər yatırırsa, sanksiyalar da bir o qədər çoxalır. Sanksiyalar nə qədər çoxalırsa, İran da özünü bir o qədər təcrid olunmuş hiss edir. Onlar özlərini nə qədər təcrid olunmuş hiss edirsə, bir o qədər də Rusiyaya üz tuturlar. Rusiyaya nə qədər çox müraciət edirlərsə, bir o qədər də sanksiyalar tətbiq olunur. Beləliklə, də “qapalı dövrələr” hazırda öz-özünü gücləndirir”, - deyə diplomat bildirib.

Onun sözlərinə görə, hazırda ABŞ əsas diqqətini İrandakı etirazlara və Rusiyaya silah tədarükünə yönəldir. “Çünki məhz bu sahələrdə vəziyyəti dəyişmək lazımdır”, - deyə Melli vurğulayıb.

Mənbə: rbc.ua

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top