Məşhur aktyor peşəsini dəyişə bilər

DÜNYA 04.12.2022 1535

Rusiyalı teleaparıcı və aktyor Dmitri Naqiyev peşəsini dəyişmək barədə düşündüyünü etiraf edib.

“Skillbox Lectorium” “YouTube” kanalına müsahibə verən aparıcı bərbərxana açmaq istədiyini bildirib.

“Çoxları iş yerini dəyişmək haqqında düşünür. Hətta bu yaxınlarda “Səs” layihəsindən də ayrıldım. Ancaq karyeramı dəyişmək elə də asan deyil. Mən çox şey bacarmıram. Danışmaq daha asandı. Bərbərxana açıb saçı olan hər kəsdən qisas almaq istəyirəm”, - deyə Naqiyev bəyan edib.

Xatırladaq ki, Naqiyev 10 il “Səs” musiqi layihəsinin aparıcısı olub. O, çoxsaylı filmlərdə yaddaqalan obrazlar yaradıb.

Mənbə: gazeta.ru

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top