Gamış dağı və Sarıbaba dağlarını əhatə edən ərazidə 40 min mina yerləşdirilmiş təhlükəli sahələr var

GÜNDƏM 03.12.2022 1447

“Cari qeyri-texniki və texniki müşahidələrə görə, Gamış dağı və Sarıbaba dağlarını əhatə edən 93 kilometrlik ərazidə piyadalar əleyhinə təqribən 40 min mina yerləşdirilmiş təhlükəli sahələr var”.

Saat24.Az xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyevin BMT-nin Baş katibinə məktubu və Ermənistan tərəfindən Azərbaycan ərazisində piyadalar əleyhinə yeni minalar yerləşdirilməsi barədə məruzəsində əksini tapıb.

Məruzədə qeyd edilib ki, bu yaxınlarda Azərbaycanın Daşkəsən rayonunda Ermənistanda istehsal edilmiş “PMN-Э” tipli piyadalar əleyhinə minalar aşkar edilib. 2020-ci il avqustun 16-dan oktyabrın 6-dək olan müddətdə Daşkəsən, Kəlbəcər və Laçın rayonlarında 3166 ədəd “PMN-Э” tipli piyadalar əleyhinə minalar aşkar edilib. Onlardan 1671-i Laçında, 935-i Kəlbəcərdə, 560-ı Daşkəsəndə tapılıb. Bu fuqasların əksəriyyəti “PMN-Э” tipinə aid olsa da, aşkar edilmiş və zərərsizləşdirilmiş fuqaslar arasında “PMN-2”, “E-001M” və “TM-62” tipli minalar da olub. 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top