Rusiyada tanınmış bakılı yazıçı vəfat edib

GÜNDƏM 03.12.2022 1362

Rusiyalı nasir İlya Ştemler 90 yaşında Sankt-Peterburqda vəfat edib.

Bu barədə yazıçının ailəvi dostu, şairə Tatyana Semyonova məlumat verib.

Onun sözlərinə görə, Ştemler koronavirusun təsirindən vəfat edib.

“Bir həftə reanimasiyada qaldı. Yanvarın 18-də qeyd edəcəyimiz 90 illik yubileyinə cəmi bir ay yarım qalmış dünyasını dəyişdi”, - deyə o, əlavə edib.

Qeyd edək ki, İlya Ştemler 1933-cü ildə Bakıda Rus Dram Teatrının ədəbiyyat şöbəsinin müdiri Pyotr Ştemlerin ailəsində anadan olub.

O, “Qalmaq üçün getmək” (“Uyti, çtobı ostatsya”), “Taksi parkı” (“Taksopark”), “Univermaq”, “Arxiv”, “Qatar” (“Poyezd”), “Cənnətdə tənhalar” (“Odinokiye v rayu”) və s. əsərlərinin müəllifidir. Ştemlerin romanları teatrda və televiziyada tamaşaya qoyulub. 1986-cı ildə isə rejissor Vyaçeslav Sorokin tərəfindən “Taksi parkı”nın süjeti əsasında “Gediş haqqı” (“Plata za proyezd”) filmi lentə alınıb.

İlya Ştemler “Aleksandr Volodin”, “Tsarskoye Selo”, “Nikolay Qoqol” kimi mükafatlara layiq görülüb.

Mənbə: TASS

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top