Səsi narahat etdiyi üçün xəstəni süni tənəffüs aparatından ayırdı

DÜNYA 03.12.2022 1465

Almaniya xəstəxanasında qadın otaq yoldaşının süni nəfəs aparatını söndürüb.

Hadisə Manhaym şəhərində baş verib.

72 yaşlı qadın 79 yaşlı otaq yoldaşının süni nəfəs aparatını “səsdən narahat olduğu üçün” söndürüb.

Xəstəxana işçiləri vəziyyətə müdaxilə edərək xəstəyə oksigen verilməsinin həyati əhəmiyyət daşıdığını ona çatdırıblar.

Lakin sonrakı saatlarda yaşlı qadın yenidən süni nəfəs aparatına müdaxilə edib.

72 yaşlı qadın adam öldürməyə cəhddə ittiham olunur.

Süni nəfəs aparatı söndürülən xəstə müdaxilə ilə həyata qaytarılıb. Onun həyati təhlükəsi yoxdur və reanimasiya şöbəsində müalicəsi davam etdirilir.

Mənbə: Stuff

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top