Sabirabadda qaz balonu partlayıb: Ər-arvad yanıq xəsarətləri alıb

HADİSƏ 02.12.2022 1414

Sabirabadda partlayışı nəticəsində ər-arvad yanıq xəsarətləri alıb.
Saat24.Az-ın məlumatına görə, hadisə rayonun Quruzma kəndində qeydə alınıb.

Belə ki, qaz balonunun partlayışı nəticəsində ev sahibləri 1967-ci il təvəllüdlü Babayev Abdul Abusəməd oğlu və onun həyat yoldaşı 1970-ci il təvəllüdlü Babayeva Gültəkin Zəbulla qızı üz və bədənin müxtəlif hissələrindən yanıq xəsarətləri alıblar.

Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top