Bakıda 201 min manatlıq dələduzluq edən şəxsə hökm oxundu

HADİSƏ 02.12.2022 1437

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən İlqar Mustafayevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Pravda.az xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 8 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, İlqar Mustafayev etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı, zərərçəkmiş Hafiz Sabirova (şərti) məxsus paytaxt ərazisindəki 74,7 kvadratmetr olan qeyri-yaşayış sahəsinə mülkiyyət hüququna dair çıxarışı 40 000 ABŞ dollarına alacağı vədini verib. Zərərçəkmiş həmin pulu ona verib. Lakin İlqar həmin ərazini öz adına rəsmiləşdirib. O, 4 mart 2016-cı il tarixdə obyektin faktiki sahibi Hafiz Sabirovun xəbəri olmadan 129 978 manat dəyərində olan qeyri-yaşayış sahəsini 3 saylı Notariat Kontorunda 24 000 manata digər şəxsə satıb, onunla alqı-satqı müqaviləsi bağlayıb.

Bununla da o, Hafiz Sabirova ümumilikdə 161 178 manat maddi ziyan vurub.

Bundan başqa, o, digər şəxsə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 18 sot torpaq sahəsinə asanlıqla Dövlət Reyestr Xidmətindən torpaq sahəsinin mülkiyyətinə dair “Çıxarış” alacağına yalandan vəd verib, onun 40 000 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top