Gəncədə tələbələr arasında baş verən kütləvi dava ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO

HADİSƏ 02.12.2022 1255

Gəncədə tələbələr arasında kütləvi dava ilə bağlı rəsmi açıqlama verilib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Oxu.Az-a verilən məlumata görə, noyabr ayının 18-da Tələbə Həmkarlar Təşkilatının təşkilatçılığı ilə Gəncə şəhər Olimpiya Kompleksində Gəncə Dövlət Universitetinin və Azərbaycan Dövlət Aqrar Universitetinin tələbləri arasında futzal yarışı keçirilib.

Bu zaman oyunçular arasında mübahisə və sıxlıq yaranıb. Sözügedən video ilə bağlı polisə hər hansı məlumat daxil olmayıb, lakin buna baxmayaraq Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları videodakı tələblər ilə söhbət aparıb və araşdırma zamanı məlum olub hər hansı bir xəsarət olmayıb.

Tələbələrlə profilaktiki söhbətlər aparılıb, araşdırmalar davam etdirilir.

Aparılan araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.

21:10

Gəncədə tələbələr arasında kütləvi dava olub.

Saat24.Az-ın məlumatına görə, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. 

Aqrar Universitetinin tələbələri ilə Gəncə Dövlət Universitetinin tələbələri arasında keçirilmiş futzal oyununda yaranan mübahisə kütləvi davaya çevrilib.

Hadisə zamanı xəsarət alan olmayıb.

Sözügedən davanın görüntülərini təqdim edirik:

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top