Türkiyəli mühacirlər paralel Almaniya vətəndaşlığı ala biləcəklər

DÜNYA 02.12.2022 1297

Almaniyanın kansler Olaf Şoltsun başçılıq etdiyi koalisiya hökuməti mühacirlərin cəmiyyətə inteqrasiyasını gücləndirmək və vətəndaşlıq islahatı vasitəsilə onları siyasi həyatda iştiraka təşviq etmək üçün işə başlayıb.

Ölkədə yaşayan əcnəbilərlə bağlı qanunvericilikdə nəzərdə tutulan dəyişikliklər Almaniyadakı türklərə ikili vətəndaşlıq almağa imkan verəcək.

Yeniliklərə əsasən, vətəndaşlıq məqsədilə müraciət etmək üçün Almaniyada səkkiz il qanuni yaşamaq tələbi beş ilədək azalacaq.

Qanunvericiliyə edilən dəyişikliklə Almaniya indiyədək tətbiq edilən “çoxsaylı vətəndaşlığın qarşısının alınması” prinsipindən imtina edəcək. Müvafiq olaraq, alman dilinə yiyələnən hər kəs öz ilkin vətəndaşlığını saxlamaq hüququna malik olacaq.

Almaniya Daxili İşlər Nazirliyi tərəfindən hazırlanan layihə 67 yaşdan yuxarı insanlar üçün dil tələblərini yumşaldaraq, onları Almaniyanın hüquqi və sosial quruluşu ilə bağlı sualları özündə əks etdirən testdən azad edir.

Digər tərəfdən, Konstitusiyada təsbit olunmuş dini etiqad azadlığına hörmət etməyənlərin, qadın-kişi bərabərliyini pozan arxaik patriarxal ailə quruluşuna riayət edənlərin vətəndaşlıq müraciətləri rədd ediləcək.

Mənbə: rossaprimavera.ru

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top