162 ölkədən olan tələbələr məhz Malayziyanı seçirlər! - FOTO

DÜNYA 30.11.2022 1389

Xaricdə təhsil almaq istəyən abituriyentlər, tələbələr və övladları üçün xaricdə keyfiyyətli təhsil arzusunda olan valideynlər 3-4 dekabr tarixlərində “Landmark” iş mərkəzində keçiriləcək Malayziya Təhsil Sərgisinə dəvət olunurlar. Sərgidə iştirak pulsuzdur və öncədən qeydiyyatdan keçmək tələb olunmur.

Malayziya 162 ölkədən olan tələbələrin üstünlük verdiyi, təhsillə bağlı unikal imkanların və qərb standartlarının olduğu, təhlükəsizlik, yaşam şəraiti və texnoloji imkanlara görə bir çox ölkələri geridə qoyan, eyni zamanda, bir çoxları üçün əlçatan və uyğun ödəniş, təqaüd imkanları və rahat qəbul şərtlərini təmin edən ölkələrdən biridir.

Malayziya Təhsil Sərgisində iştirak edən hər bir kəs, 

- Malayziyanın keyfiyyətli təhsil və geniş təqaüd imkanları ilə tanış  olacaq,
- 162 ölkədən tələbələrin niyə məhz Malayziyanı seçdiyini öyrənəcək,
- Azərbaycanlı məzunların uğur hekayələrini dinləyəcək və onlara öz suallarını ünvanlayacaq,
- Məşhur jurnalist və bloqerlərin Malayziya təəssüratlarını özlərindən dinləyəcək,
- və nəhayət lotereya qalibi olaraq IELTS hazırlıq kursu qazanmaq şansı əldə edə biləcək.
 
Qeyd edək ki sərgiyə təşkilati dəstək – “Malayziya Səfirliyi”, “Malayziya Xarici İşlər Nazirliyi”, “Malayziya Təhsil, Turizm və Elm Nazirliyi” tərəfindən həyata keçirilir.
 
Sərginin təşkilatçıları “Winning Magnitude Malaysia” və “Lingva Tədris Mərkəzi”dir.

Tarix: 3-4 Dekabr
Ünvan: Nizami küç 90A, “Landmark” iş mərkəzi, Rotunda zalı.
Telefon: 051 897 4848
“WhatsApp”: 051 830 5353
İştirakınızı təsdiqləmək üçün: https://fb.me/e/2Vhqikb8u

 







XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top