Vətən müharibəsi qazisi: “Ayağımın altında əl qumbarası qalmışdı” - VİDEO

CƏMİYYƏT 30.11.2022 1381

“Ermənilər birinci öz meyitlərini deyil, muzdlu döyüşçülərin meyitlərini yığırdılar”.

Bunu Baku TV-də yayımlanan “44 gün əsgər Rəşadla” verilişində Vətən müharibəsi qazisi Sahil Əliquliyev deyib.

O qeyd edib ki, ən çətin döyüşü Füzuli rayonunda olub:

“Minalanmış, açıq ərazi idi və düşmənin pusqusu daha çox idi. Bizlə üzbəüz döyüşməyə cəsarətləri olmadığından uzaqdan artilleriya və snayperlə vururdular”.

Qazi döyüş yoldaşlarını xilas etməsindən də bəhs edib:

“Neytralda əsgər yoldaşım qalmışdı. Onların üstünə əl qumbarası atmışdılar. Ağır yaralanmışdı. Gördüm ki, əlini qaldırıb kömək istəyir. Onu aşağı endirdim. Dedi ki, Hacıyev Kənan yuxarıda qaldı. Onu çıxarmağa qaçdım. Yanına çatanda onu gözümün qabağında güllə ilə vurdular”.

Daha ətraflı süjetdə:

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top