ABŞ rəsmisi: “Birləşmiş Ştatlar və Aİ-nin Çinə baxışları fərqlidir”

DÜNYA 30.11.2022 1314

“ABŞ və onun avropalı tərəfdaşlarının Çinlə əməkdaşlığa dair fikirləri eyni deyil”.

Bu barədə ABŞ administrasiyasının yüksək rütbəli nümayəndəsi bildirib.

O qeyd edib ki, lakin Vaşinqton ən mühüm məsələlərdə ümumi yanaşmanın mövcud olduğunu hesab edir.

“Əlbəttə, Avropanın öz maraqları var. Bizim Çinlə bağlı fikirlərimiz eyni deyil. Amma məncə, Çinə qarşı ümumi yanaşmamızın olmasına dair güclü inam var və hesab edirəm ki, bütün vacib məsələlərdə biz bunu edirik”, - deyə o, ABŞ Prezidenti Co Bayden və Fransa lideri Emmanuel Makron arasında dekabrın 1-də keçiriləcək danışıqlara dair brifinqdə bildirib.

Brifinqin aparıcısının sözlərinə görə, iki liderin görüşündə “azad və təhlükəsiz Hind-Sakit okean regionu” mövzusuna toxunulacaq.

Makron Baydenlə danışıqlar aparmaq üçün noyabrın 29-da Vaşinqtona beş günlük səfər edəcək. Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi daha əvvəl bildirmişdi ki, Fransa lideri noyabrın 30-da ABŞ-nin vitse-prezidenti Kamala Harrislə birlikdə NASA-nın mənzil-qərargahına səfər edəcək. Makron və Bayden arasında ikitərəfli görüş dekabrın 1-nə planlaşdırılır.

Mənbə: TASS

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top