Ərdoğan: “Türkiyə ilk pilotsuz qırıcının istehsalına başlayır”

DÜNYA 27.11.2022 1539

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Konyada yerləşən Səlcuqlu Konqres Mərkəzində Türkiyənin Ədalət və İnkişaf Partiyasının Məşvərət Şurasının genişləndirilmiş iclasında çıxış edib.

R.T.Ərdoğan çıxışında bəyan edib ki, ölkəsi ilk pilotsuz qırıcı - “Bayraktar Kızılelmanın” istehsalına başlamaq niyyətindədir.

“Şükürlər olsun ki, sənayemiz, texnologiyamız və müdafiə sahəsində atdığımız addımlarla inamla irəliləyirik. Daxili müdafiə sənayemizin istehsalı 20 faizdən 80 faizə qədər yüksəlib. 2023-cü ildə Türkiyənin ilk pilotsuz qırıcısı olacaq “Bayraktar Kızılelmanın” istehsalına başlamaq niyyətindəyik”, - deyə Türkiyə lideri vurğulayıb.

Mənbə: Ensonhaber.com

XƏBƏR LENTİ
17.04.2024 3176

DİGƏR XƏBƏRLƏR

Loading
Top