II Elizabetin ölümünə nə səbəb olub?

DÜNYA 27.11.2022 1258

Böyük Britaniya Kraliçası II Elizabet həyatının son illərində əziyyətli xərçəng xəstəliyilə mübarizə aparıb.

Bunu Krallığın bioqrafı Caysl Brandert deyib. II Elizabetin rəsmi ölüm səbəbi yaşlılıq olaraq göstərilmişdi. Amma Brandert iddia edir ki, əslində sümük iliyi xərçənginin nadir forması monarxın həyatına son qoyub.

“Mən eşitmişdim ki, Kraliçada mielomalar forması var. Bu diaqnoz onun yorğunluğunu, çəki itirməsini izah edir. Hazırda xərçəngin bu növündən müalicə yoxdur” , - deyəə Brandret II Elizabet haqqında yeni kitabında yazıb.

Xatırladaq ki, II Elizabet 2022-ci il sentyabrın 8-də 96 yaşında vəfat edib. Onun ölümündən sonra böyük oğlu Çarlz yeni monarx olub.

Mənbə: "Mirror"

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top