Sərxoş vəziyyətdə toydan qayıdan şəxs avtomobilini qaz kəmərinə çırparaq ölüb

HADİSƏ 27.11.2022 1317

Salyanda yol-nəqliyyat hadisəsi baş verib.

Saat24.Az-ın məlumatına görə, hadisə Salyan-Şirvan magistral yolunun Salyan rayonunun Qarabağlı kəndindən keçən hissəsində qeydə alınıb.

Toy şənliyindən qayıdan Şirvan sakini, 2003-cü il təvəllüdlü Kənan Cəbiyev sərxoş vəziyyətdə dostunun 18-BF-829 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilini idarə edib.

K.Cəbiyev avtomobili yüksək təzyiqli qaz kəmərinə çırpıb. Nəticədə o, hadisə yerində ölüb.

Kəndin qaz təchizatı dayandırılıb.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ
20.04.2024 2018

DİGƏR XƏBƏRLƏR

Loading
Top