Burkina-Fasoda hərbi karvana bombalı hücum olub: Azı dörd nəfər həlak olub

DÜNYA 27.11.2022 1134

Burkina-Fasoda azı dörd hərbçi yolda kustar üsulla hazırlanmış bombanın partlaması nəticəsində həlak olub.

Bu barədə Burkina-Fasonun Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumatda həmçinin qeyd olunur ki, hücum nəticəsində daha bir əsgər yaralanıb, onun vəziyyəti ağır qiymətləndirilir.

Ordunun Baş Qərargahı hələlik baş vermiş bombalı hücumun hansı terror qruplaşması tərəfindən törədildiyini açıqlamayıb.

Mənbə: Lefaso.net

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top