Qazaxıstanda Prezident seçkiləri günü 19 məntəqədə seçkinin gedişatını izlədik - Jalə Əliyeva

SİYASƏT 26.11.2022 2470

"Yerli və xarici mətbuata seçki hazırlıqları və seçki prosesi ilə bağlı müşahidələrimiz haqqında müsahibə verdik"

Noyabrın 19-da Azərbaycan Parlamentinin MDB Parlament Asambleyasındakı nümayəndə heyətinin üzvü status ilə mən və deputat həmkarım Naqif Həmzəyev, eyni zamanda Azərbaycanın MDB Parlamentlərarası Şurası Baş Katibinin müavini Vaqif Cəfərov 20 noyabr tarixində Qazaxıstanda keçirilən Prezident seçkilərinin beynəlxalq müşahidəçiləri olaraq ölkənin son Prezidenti və növbədənkənar seçkilərdə prezidentliyə namizəd olan Kasım Jomərt Tokayevin seçki qərargahına gəldik. Qərargahın fəaliyyəti, iş prinsipləri, seçki məntəqələri və seçicilərlə yaratdıqları rabitə sistemi ilə tanış olduq.

Bu fikirləri Milli Məclisin deputatı Jalə Əliyeva Saat24.Az-a açıqlamasında deyib.

Həmin gün həmçinin Qazaxıstanda MDB Parlament Asambleyasının beynəlxalq müşahidəçisi statusu ilə Prezidentliyə namizəd Jigulu Dayrabayevin seçki qərargahının rəhbəri və üzvləri ilə görüşdük.

Noyabrın 20-də Azərbaycanın MDB Parlament Asambleyasındakı nümayəndələri və digər beynəlxalq müşahidəçilərlə birlikdə, Qazaxıstanda keçirilən növbədənkənar Prezident seçkiləri ərəfəsində Senat sədri Maulen Aşımbayevlə, Məclis sədri Erlan Koşanovla, eyni zamanda deputatlarla Qazaxıstan Senatında və Məclisdə görüşlər keçirdik. Görüşlərdə Azərbaycan Milli Məclisinin sədri xanım Sahibə Qafarovanın salamlarını Qazaxıstan Parlamentinin rəhbərliyinə çatdırdıq, Prezident seçkilərinin nəticələrinin Qazaxıstan xalqı üçün uğurlu olmasını arzu etdik.

MDB Parlament Asambleyasında ölkəmizi təmsil edən nümayəndə heyətinin üzvü kimi Prezident seçkiləri günü 19 məntəqədə seçkinin gedişatını izlədik. Yerli və xarici mətbuata seçki hazırlıqları və seçki prosesi ilə bağlı müşahidələrimiz haqqında müsahibə verdik.

 





 
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top