Məktəblinin dönərçini bıçaqlamasına DİN-dən REAKSİYA - YENİLƏNİB + FOTO

HADİSƏ 25.11.2022 1558

“Bıçaqlanma hadisəsi bu gün günorta saatlarında şəhər ərazisində baş verib”.

Bu sözləri DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov Oxu.Az-ın Ucar rayonunda baş vermiş bıçaqlanma hadisəsi ilə bağlı sorğusuna cavab olaraq deyib.

Qeyd olunub ki, yeniyetmə dönər alan zaman satıcı ilə arasında yaranan münaqişə zəminində sonuncuya bıçaqla yüngül xəsarət yetirib. Xəsarət alan şəxs Ucar Rayon Mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı Ucar RPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır.

16:59

Ucar rayonunda bıçaqlanma hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, hadisə şəhərdə yerləşən dönərxanaların birində qeydə alınıb.

Ucar rayon 2 saylı orta məktəbin 10-cu sinif şagirdi Əli adlı dönərçini iş yerində bıçaqlayıb.

Yaralı dərhal Ucar Rayon Mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top