Vilayət Eyvazov qəbul keçirdi; problemləri yerində həll edib 47 qazini işə götürdü - FOTO-VİDEO

GÜNDƏM 25.11.2022 1724

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov noyabrın 24-də Sumqayıt Şəhər Polis İdarəsində növbəti vətəndaş qəbulu keçirib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən xəbərə görə, daxili işlər naziri əvvəlcə şəhərin mərkəzindəki ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək xatirəsini böyük hörmət və ehtiramla yad edib, önünə gül dəstəsi qoyub.

Sonra Şəhər Polis İdarəsinin inzibati binasında Sumqayıt, Abşeron, Qobustan, Qubadlı, Zəngilan şəhər və rayonlarından, eyni zamanda, həmin bölgədə məskunlaşmış qaçqın və məcburi köçkünlərdən qəbula gələn 208 nəfər vətəndaşı dinləyən nazir onların problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib.

Müraciətlərin əksəriyyəti yerindəcə həllini tapıb.

Ölkə rəhbərinin apardığı məqsədyönlü siyasət nəticəsində qazanılan uğurlardan məmnun olduqlarını, qalib ölkənin vətəndaşları olmaqdan qürur duyduqlarını bildirən sakinlər onların ərizə və müraciətlərinə operativ yanaşılmasına, o cümlədən göstərilən diqqətə və həssas münasibətə görə dövlət başçısına minnətdar olduqlarını bildiriblər.

Həmin gün general-polkovnik V.Eyvazov adıçəkilən şəhər və rayonların polis orqanlarında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrində xidmətə qəbulla bağlı sıra baxışı keçirib.

Polis orqanlarında işləmək arzusunda olan gənclərdən qəbulun şərtlərinə uyğun gələn 262 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onların da 47-si Vətən müharibəsi iştirakçısı olub.

Qeyd edilib ki, Vətən müharibəsi başa çatdıqdan sonra xidmətə qəbulla bağlı qüvvədə olan tələblərə uyğun gələn 1000 nəfərə yaxın müharibə iştirakçısı və şəhid ailələrinin üzvləri daxili işlər orqanlarında işlə təmin olunublar.

 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top