İki yaşlı uşaq yuyucu vasitə içib zəhərləndi

HADİSƏ 25.11.2022 1267

Qax rayonunda iki yaşlı körpə zəhərlənib.

Saat24.Az-ın məlumatına görə, hadisə rayonun Qaşqaçay kəndində baş verib. 

2020-ci il təvəllüdlü Ş.Babayev yuyucu vasitə olan “Vanish” içib və zəhərlənib. Körpə xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov Oxu.Az-a bildirib ki, faktla bağlı Qax Rayon Polis Şöbəsində toplanmış ilkin materiallar araşdırmanın davam etdirilməsi üçün rayon prokurorluğuna göndərilib.

XƏBƏR LENTİ
17.04.2024 3198

DİGƏR XƏBƏRLƏR

Loading
Top