Prezident: “Ağalı kəndi Qarabağın yenidən qurulmasının nümunəvi modeli olacaq”

GÜNDƏM 25.11.2022 2100

“Ağalı kəndi Qarabağın yenidən qurulmasının nümunəvi modeli olacaq”.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransın açılışındakı çıxışında deyib.

Ağalı kəndinin sakinlərinin artıq məskunlaşdıqlarını qeyd edən dövlətimizin başçısı bildirib: 

“Bu, yalnız Qarabağın işğalı dövründə əziyyət çəkmiş keçmiş köçkünlər qarşısında bizim mənəvi borcumuzun təzahürü deyil. Biz Qarabağın və Zəngəzurun bərpasını bütün ölkənin yenidən qurulmasının modeli hesab edirik”.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top