Rusiyalı deputat: “Ermənistan dövlətçiliyinin qurulması, həqiqətən, qanunsuzdur” - MÜSAHİBƏ

DÜNYA 25.11.2022 1328

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bəyannamə layihəsini imzalamaqdan imtina edən Ermənistanın baş naziri Nikol Paşinyanın demarşı ABŞ-nin təzyiqinin təzahürüdür”.

Bunu Rusiya Dövlət Dumasının deputatı Yevgeni Fyodorov Oxu.Az-a müsahibəsində deyib:

- Unutmayaq ki, Nikol Paşinyan dövlət çevrilişi nəticəsində hakimiyyətə gəlib. Müvafiq olaraq, o, erməni əhalisinin deyil, çevrilişi təşkil edən və dəstəkləyənlərin maraqlarını əks etdirir. Bu isə ABŞ-dir.

Mən əvvəl də demişəm ki, Ermənistan geosiyasi dalana sıxışıb və Ukraynadan fərqli olaraq Rusiya ilə əlaqələri kəsə bilməz. Müvafiq olaraq, Nikol Paşinyan Rusiyanın dostu olmasa da, onunla təhlükəsizlik və geosiyasi məsələlərdə hesablaşmağa məcburdur. KTMT bəyannaməsi layihəsinin imzalanmasından imtina məsələsinə qayıdaraq qeyd edirəm ki, biz Paşinyandan başqa nəsə gözləmirdik. Hansısa mərhələdə bu cür demarşlar proqnozlaşdırılırdı, hətta biz onlardan bəhs etmişdik.

- Başqa bir vacib məqam da var. Bu yaxınlarda Ermənistanın qeyri-qanuni dövlət olduğunu dediyiniz üçün İrəvanda sizi arzuolunmaz şəxs elan etməyə çağırışlar edilir. Siz bu barədə nə düşünürsünüz?

- Mən bir hüquqşünas kimi şərh vermişəm. Aydındır ki, bu, fikir məsələsi deyil, fakt məsələsidir. Əgər hansısa fakta cavab olaraq narazı olanlar adamı danlayırlarsa, bu, onların mövqeyinin zəifliyini göstərir. Ermənistan, həqiqətən də, SSRİ-dən qeyri-qanuni çıxdı - bu, bir daha deyirəm ki, faktdır. SSRİ-nin 1409 saylı qanununun proseduruna əməl edilmədi, xalq deputatları qurultayının qərarı yox idi. Yəni bu, qeyri-qanuni çıxışdır və əgər qeyri-qanuni çıxışdırsa, sonradan dövlətçiliyin yaradılması da qeyri-qanunidir, hansı ki, bu barədə demişəm. Bu, nəzərə alınmalıdır.

- Ermənistanda sizi arzuolunmaz şəxs elan etsələr, bu sizi əsəbiləşdirəcək?

- Əgər məni “persona non grata” elan etsələr, bu, mənim tamamilə haqlı olduğumu və etiraz etmək üçün onların heç bir hüquqi arqumentlərinin olmadığını təsdiq edəcək.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top