Gəncədə dəm qazından zəhərlənən uşaqların vəziyyəti AÇIQLANDI - YENİLƏNİB

HADİSƏ 24.11.2022 1386

Gəncədə dəm qazından zəhərlənən uşaqların vəziyyəti açıqlanıb.

Gəncə Şəhər 2 nömrəli uşaq xəstəxanasının təcili yardım şöbəsinin həkim-pediatırı Gülmira Alıyeva “Qafqazinfo”ya bildirib ki, yaralı vəziyyətdə olan uşaqlardan biri ölüb, birinin vəziyyəti ağır, digərlərinin vəziyyəti isə orta-ağır olaraq qiymətləndirilir.

O, xəstələrin vəziyyəti ilə bağlı məlumat verib:

“Dəm qazından zəhərlənən şəxslər 18:30 radələrində xəstəxanaya daxil olublar, onlar iki ailə idilər. 2021-ci il təvəllüdlü Zəhra Musayeva xəstəxanaya daxil olarkən onun öldüyü bilinib. Digər 3 uşağa  Musayeva Zeynəb Rəsul qızı- 2015, Musayeva Dərya Tural qızı- 2018, Musayeva Fatimə Tural qızı- 2019) ilkin tibbi yardım göstərilib. Onlar hazırda şöbədə yerləşdiriliblər.

İlkin diaqnoz dəm qazından zəhərlənmədir. Onlardan ikisinin vəziyyəti orta-ağırdır, birinin isə ağır olaraq qiymətləndirilir. Valideynlərdə zəhərlənmə faktı yoxdur”.

19:58

Gəncədə dörd nəfər dəm qazından zəhərlənib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Oxu.Az-a verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə şəhər Dədəqorqud küçəsində dəm qazından zəhərlənmə barədə məlumat daxil olub.

Polis əməkdaşları və şəhər Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.

Araşdırmalar zaman 2020-ci il təvəllüdlü Z.İsayevanın dəm qazından zəhərlənərək öldüyü, 2015-ci il təvəllüdlü Zeynəb Musayeva, 2018-ci il təvəllüdlü Dərya Musayeva və 2019-cu il təvəllüdlü Fatimə Musayevanın zəhərlənməsi məlum olub.

Faktla bağlı şəhər prokurorluğunda araşdırmalar davam etdirilir.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top