Bakıda qırmızı işıqdan keçən motosikletçini avtomobil vurdu - FOTO

HADİSƏ 24.11.2022 1343

Bakının Xətai rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, 99-TD-698 dövlət nömrə nişanlı avtomobil Yüsif Səfərov küçəsi ilə hərəkətdə olarkən bu zaman Mehdi Mehdizadə küçəsində hərəkətdə olan motosikletçi işıqforun qırmızı işığında yolu keçərkən onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Motosiklet sürücüsünün kimliyi hələ ki məlum olmayıb.

Hadisənin təfərrüatı araşdırılır.

 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top