İsveçrə Aİ-nin Rusiyaya qarşı səkkizinci sanksiyalar paketinə qoşuldu

SİYASƏT 24.11.2022 1292

İsveçrə Avropa İttifaqının ardınca Ukraynaya qarşı müharibə ilə bağlı Rusiyaya qarşı səkkizinci sanksiyalar paketini qəbul edib.

Bu barədə çərşənbə günü İsveçrə hökuməti - Federal Şura məlumat yayıb.

“Noyabrın 23-də Federal Şura Rusiyaya qarşı növbəti sanksiyaları qəbul edib. Beləliklə, İsveçrə Avropa İttifaqının səkkizinci sanksiyalar paketi çərçivəsində təsdiq etdiyi son tədbirlərə qoşulub”, - məlumatda deyilir.

Berndə xatırladıblar ki, Avropa İttifaqının üzvü olmayan İsveçrə hökuməti Rusiya xam nefti və neft məhsullarına qiymət tavanının tətbiqi üçün hüquqi bazanın yaradılması da daxil olmaqla, səkkizinci sanksiyalar paketi çərçivəsində bir sıra tədbirlər görməyə qərar verib.

Qeyd edək ki, İsveçrə əvvəllər də Aİ-nin Rusiyaya qarşı elan etdiyi bütün digər sanksiya paketlərini dəstəkləyib. Rusiya hökuməti isə öz növbəsində mart ayında Rusiyaya, onun şirkətlərinə və vətəndaşlarına qarşı qeyri-dost hərəkətlər edən xarici dövlətlərin və ərazilərin siyahısını təsdiqləyib. Bu siyahıya İsveçrə Konfederasiyası da daxildir.

Mənbə: TASS

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top