Böyük Britaniya ilk dəfə Ukraynaya helikopterlər verəcək

DÜNYA 24.11.2022 1156

Ukrayna Böyük Britaniyadan üç ədəd “Sea King” helikopteri alacaq. London ilk dəfə Kiyevə helikopterlər verir.

Ukraynaya yeni hərbi yardım paketi çərçivəsində 10 min artilleriya mərmisi də veriləcək. Böyük Britaniyanın Müdafiə naziri Ben Uolles noyabrın 23-də hərbi yardımın genişləndirildiyini açıqlayıb.

Qeyd edək ki, “Westland WS-61 Sea King” helikopterləri kəşfiyyat və axtarış-xilasetmə əməliyyatları üçün istifadə edilə bilər. Hazırda onların buraxılışı dayandırılıb. Helikopterin bazar qiyməti 5,9 milyon dollardır.  

Mənbə: The Times

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top