Sabirabadda zəncirvari qəza baş verib, xəsarət alanlar var

HADİSƏ 23.11.2022 1394

Sabirabad şəhərində üç nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari yol qəzası baş verib.

Saat24.Az-ın  Aran bürosunun məlumatına görə, hadisə şəhərin Muğan prospektində qeydə alınıb.

Belə ki, “QAZ-3110”, “İsuzu” və “Mercedes-Benz” markalı avtomobillərin iştirakı ilə zəncirvarı qəza olub.

Hadisə nəticəsində rayonun Qalağayın kənd sakinləri, 1989-cu il təvəllüdlü Allahverdiyev Cavid Cabir oğlu, 2000-ci il təvəllüdlü Əliyev İsmayıl Teymur oğlu və 1989-cu il təvəllüdlü Məmmədov Mirsahib Mirnəsihət oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Xəsarət alanlar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top