Kürdəmirdə yeniyetmə ikinci mərtəbədən yıxılaraq ağır xəsarət alıb

HADİSƏ 23.11.2022 1154

Kürdəmir rayonunda yeniyetmə ikinci mərtəbədən yıxılaraq ağır xəsarət alıb.

Saat24.Az-ın məlumatına görə, rayonun Kəngərli kəndində ikinci mərtəbədən yıxılan 2009-cu il təvəllüdlü Sadıqlı Nuray Eldəniz qızı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top