Fərhad Əhmədov həbs edilməsi barədə iddialara aydınlıq gətirdi - YENİLƏNİB

GÜNDƏM 22.11.2022 1513

Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədov həbs olunması ilə bağlı mətbuatda yayılan xəbərlər haqda açıqlama ilə çıxış edib.

“Yeni Sabah”a daxil olan müraciətdə F. Əhmədov bildirib ki, son günlər barəsində həqiqətə uyğun olmayan məlumatlar yayılıb:

“KİV-də mənim DTX tərəfindən saxlanılmağım, mənə məxsus evlərdə axtarış aparılması və mənim casusluqda ittiham olunduğum haqda absurd ittihamlar səsləndirilir.

Mənim DTX tərəfindən saxlanılmağım və mənə qarşı hər hansı ittihamların irəli sürülməsi haqda məlumatlar həqiqətə uyğun deyil.

Tədqiqat və istintaq orqanlarına dəvət olunmaq cinayətdə ittiham olunmaq demək deyil.

Əfsuslar olsun ki, bu gün informasiya vasitələri gündəmdə qalmaq üçün mənim adımdan istifadə edirlər. Mənimlə bağlı əks-reklam xarakterli yazılar dərc olunur. Mən Rusiya Federasiyasının vətəndaşı olmaqla yanaşı azərbaycanlıyam və istər əvvəllər mövcud olmuş siyasi fəaliyyətimdə, istərsə də biznes fəaliyyətimdə vətənim olan Azərbaycana qulluq etmişəm”.

F. Əhmədov həmçinin qeyd edib ki, bu tipli yazıların dərc olunması onun nüfuzdan salınmasına xidmət edir.

16:20

Rusiyada yaşayan azərbaycanlı milyarder Fərhad Əhmədovun işində yeni detallar üzə çıxıb. Onun casusluq versiyası üzrə təqsirləndirildiyi və Azərbaycana qarşı topladığı informasiyaları xaricə ötürdüyü iddia olunur.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya Azərbaycanın tanınmış “Telegram” kanallarında yer alıb.

Mənbə yazır ki, bu illər ərzində Əhmədov pulun hesabına geniş informasiya şəbəkəsi yaradıb.

Bu siyahıda tanınmış şəxslər, sənət adamları, ziyalılar və media rəhbərləri də olublar.

Onlar 44 günlük müharibənin gedişi ilə bağlı yüksək rütbəli zabitlərdən aldıqları informasiyaları Əhmədova ötürüblər. O isə öz növbəsində toplanılan səs yazılarını, audio və video faylları Rusiyaya verib.

İddia olunur ki, artıq xüsusi xidmət orqanlarında Əhmədova məlumat verənlərin siyahısı da var, hətta o şəxslərin adlarının açıqlanacağı bildirilir.

Mənbə bildirir ki, mərhum polkovnik Babək Səmidlinin müharibə ilə bağlı danışdığı söhbətinin lent yazısında qarşı tərəf Fərhad Əhmədov olub:

“Əhmədovun isə sonradan bunu sızdırıb-sızdırmadığını bilmirəm. Amma bilirəm ki, Əhmədov və onun dostları həbs olunacaqlar və uzun müddət həbsdə qalacaqlar”, - deyə mənbə fikrini yekunlaşdırıb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top