Azərbaycanlılar Ukraynada partizan dəstələri yaradırlar - VİDEO

GÜNDƏM 22.11.2022 1525

Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, Xersondan çıxarılan Rusiya ordusu Donbasa istiqamətində hücumu genişləndirir.

“Son günlərdə Donbasda vəziyyət daha da gərginləşib. Orada xüsusi əməliyyatlarda iştirak edən azərbaycanlı hərbçi də ağır yaralanıb”, - deyə jurnalist qeyd edib.

Məlumata görə, qış aylarında Xersonda kommunal xidmətlərin tam bərpası mümkün olmayacağından əhali digər şəhərlərə təxliyə ediləcək.

O da bildirilib ki, işğal altında qalan, yaxud neytral ərazidəki azərbaycanlılar separatçıların və Rusiya ordusunun hücumlarına qarşı birləşərək partizan dəstələri yaradırlar.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top