“Əl-Qaidə”dən mundiala “cihad” çağırışı: “Daş-qalaq edin”

DÜNYA 22.11.2022 1131

“Əl-Qaidə” terror təşkilatı Qətərdə keçirilən futbol üzrə dünya çempionatını müsəlmanların dəyərlərini məhv etməyə yönəlmiş işğal adlandırıb və planetin ən mühüm idman tədbiri üçün Qətərə gedənləri daş-qalaq etməyə çağırıb.

Onların fikrincə, Ərəbistan yarımadası homoseksuallar, ateistlər və əxlaqsız insanlarla dolub daşır.

“Kubok üçün gələnlərin davranışı bizim cəmiyyətə, müsəlmanlara yaddır. Müsəlmanlar daş-qalaq etməklə öz vəzifələrini yerinə yetirə bilərlər”, - deyə terror təşkilatından dünya çempionatına qarşı “cihad”a çağırış edilib.

Çempionat ilə müsəlman dünyasındakı mədəni işğalın davam etdiyini iddia edən “Əl-Qaidə” Qərbin ən böyük hədəfinin pornoqrafiyanı canlandırmaq və homoseksuallığı adiləşdirmək olduğunu bildirib.

Terror təşkilatı buna icazə verən Yaxın Şərq ölkələrinin də məsuliyyət daşıdığını bəyan edib.

Mənbə: Haber Global

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top