Nigeriyada silahlılar 100-dən çox insanı qaçırıblar

DÜNYA 22.11.2022 1373

Nigeriyanın Zamfara əyalətinin dörd kəndindən 100-dən çox insan, o cümlədən qadınlar və uşaqlar silahlılar tərəfindən qaçırılıb.

Bölgənin informasiya komissarı İbrahim Dosara bildirib ki, təkcə Zurmi yerli hökumət dairəsinin Kanva kəndindən 40-dan çox adam oğurlanıb.

“Hazırda Kanva kəndi boşdur, quldurlar iki qrupa bölünərək camaata hücum ediblər. Onlar 14-16 yaş arası uşaqları və qadınları qaçırıblar”, - deyə Kanva kənd sakini bildirib.

Bununla yanaşı, yerli sakinlərin sözlərinə görə, Qabre kəndindən 37, Yankaba və Gidan Qoqa icmalarında fermalarında işləyən azı 38 nəfər qaçırılıb.

Mənbə: rossaprimavera.ru

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top