Eva Mendes Rayan Qoslinqə ərə getdiyini təsdiqlədi

DÜNYA 21.11.2022 1162

Aktrisa Eva Mendes aktyor Rayan Qoslinqlə gizli toy etdiyi barədə şayiələri təsdiqləyib.

48 yaşlı kino ulduzu Avstraliya televiziyasının “Today” şousunun qonağı olub. O, söhbət zamanı ölkəyə səfərindən danışıb və təsadüfən Rayanı əri adlandırıb.

“Burada hər kəs çox qonaqpərvərdir və ərim Rayan da buradadır. Biz əla vaxt keçiririk”, - deyə aktrisa bəyan edib.

Qeyd edək ki, Rayan Qoslinq və Eva Mendes 12 ildir birlikdədirlər. Cütlüyün ortaq iki qızı var - 8 yaşlı Esmeralda və 6 yaşlı Amada.

Mənbə: gazeta.ru

XƏBƏR LENTİ
20.04.2024 2014

DİGƏR XƏBƏRLƏR

Loading
Top