Nursultan Nazarbayev Kasım-Jomart Tokayevi təbrik edib - YENİLƏNİB + VİDEO

DÜNYA 21.11.2022 1135

Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev Kasım-Jomart Tokayevi növbədənkənar prezident seçkilərində qələbəsi münasibətilə ilk təbrik edib.

“Qazaxıstan Respublikasında keçirilən prezident seçkilərində inamlı qələbəniz münasibətilə sizi ürəkdən təbrik edirəm! Bu qələbə sizin dövlət başçısı kimi yüksək nüfuzunuza dəlalət edir və apardığınız genişmiqyaslı islahatlara xalqın sarsılmaz inamının danılmaz sübutudur. Arzu edirəm ki, hər zaman xalqın ümumbəşəri dəstəyi və hörmətindən istifadə edəsiniz”, - Nazarbayev deyib.

22:33

Qazaxıstanda keçirilən prezident seçkilərində hazırkı Prezident Kasım-Jomart Tokayev 82,45 faiz səslə qalib gəlir.

Bu barədə “Açıq Cəmiyyət” Beynəlxalq Regional Araşdırmalar İnstitutunun ekzitpol nəticələrindən məlum olub.

Ekzitpol göstəricilərinə əsasən, digər namizədlər - Karakat Abden 2,54 faiz səs, Nurlan Auesbaev 2,17 faiz, Jiquli Dayrabayev 3,33 faiz, Meyram Kajıken 2,23 faiz, Saltanat Tursınbekova 2,08 faiz səs toplayıb.

5,2 faiz seçici isə hamıya qarşı olub.

18:15

Qazaxıstanda növbədənkənar prezident seçkilərində səsvermə respublikanın əksər bölgələrində yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 18:00) başa çatıb.

Ümumilikdə ölkə üzrə 10 mindən çox seçki məntəqəsi fəaliyyət göstərib.

Eyni zamanda, Qazaxıstanın beş rayonunda - Aktobe, Atırau, Qərbi Qazaxıstan, Qızılorda və Manqistau vilayətlərində saat fərqinə görə seçki məntəqələri bir saat sonra bağlanacaq.

Səsvermə başa çatdıqdan sonra seçki komissiyalarının üzvləri səslərin hesablanmasına başlayacaqlar.

17:15

Qazaxıstanda yerli vaxtla saat 18:00-a (Bakı vaxtı ilə 16:00) olan məlumata görə, növbədənkənar prezident seçkilərində seçicilərin 67,85 faizi iştirak edib.

Bunu MSK üzvü Şavxat Utemisov keçirdiyi brifinqdə deyib. Səsvermə yerli vaxtla saat 07:00-dan 20:00-dək keçirilir, bəzi hallarda yerli seçki komissiyaları seçki məntəqələrinin iş vaxtını uzadır.

Qazaxıstanda prezident seçkilərində iştirak üçün heç bir aşağı hədd yoxdur. 50%-dən çox səs toplayan namizəd seçilmiş hesab ediləcək.

Qeyd edək ki, dövlət başçısı postuna hazırkı prezident Kasım-Jomart Tokayev də daxil olmaqla, altı namizəd mübarizə aparır.

Mənbə: TASS

17:14

Qazaxıstanda bazar günü seçki məntəqələri açılıb və ölkə prezidentliyinə namizədlər üçün səsvermə başlayıb.

Qazaxıstanda və xaricdə yaradılmış 10,1 mindən çox seçki məntəqəsindən (68-i respublikanın xarici diplomatik nümayəndəliklərində) əksəriyyəti Astana vaxtı ilə saat 07:00-da qapılarını açıb, paytaxt Almatı və Çimkənddə 86 seçki məntəqəsi bir saat əvvəl – saat 6:00-da işə başlayıb. Qazaxıstanın 20 rayonundan beşində seçki məntəqələri fərqli saat qurşağında olduqları üçün bir saat sonra açılacaq.

Seçicilərin yerli vaxtla saat 20:00-a qədər səs vermək hüququ var, bundan sonra məntəqələrdə səslərin hesablanmasına başlanacaq.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top