Moskvadakı gül anbarında baş verən yanğın nəticəsində beş nəfər ölüb - VİDEO

DÜNYA 21.11.2022 1337

Rusiyanın paytaxtı Moskvanın mərkəzində Komsomolskaya meydanında gül anbarında baş verən yanğın nəticəsində beş nəfər ölüb.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva Baş İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

“Saat 23:13-də dağıntıların təhlili zamanı beşinci qurbanın cəsədi tapılıb”, - agentlikdən bildirilib.

Eyni zamanda, daha bir nəfərin taleyinin məlum olmadığını qeyd olunub.

Qeyd edək ki, Komsomolskaya meydanındakı gül anbarında yanğın yerli vaxtla 15:00 radələrində başlayıb. Xilasedicilər binadan 7 nəfəri təxliyə ediblər. Yanğın nəticəsində birinci və ikinci mərtəbələr arasında tavanlar qismən uçub.

Hazırda yanğın lokallaşdırılaraq söndürülüb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top