Bolqarıstanda temperatur rekordu müəyyən edilib

DÜNYA 21.11.2022 1117

Bolqarıstanlı meteoroloqlar bazar günü ölkədə temperatur rekordu qeydə alıblar.

Məlumata görə, ölkənin cənub bölgəsində yerləşən Haskovo şəhərində yerli vaxtla saat 14:30-da (Bakı vaxtı ilə 16:30) hava 22,6 dərəcəyə qədər isinib ki, bu da əvvəlki göstəricilərdən demək olar ki, 1,5 dərəcə yüksəkdir.

Bu tarix üçün öncəki rekord 1916-cı ildə qeydə alınıb və şəhərdə termometrlər 21,1 dərəcəni göstərib.

Haskovoda əvvəlki yüksək göstərici noyabrın 2-də, temperaturun 28,2 dərəcə olduğu vaxt qeydə alınıb.

Qeyd edək ki, Bolqarıstanda son həftələr kifayət qədər isti olub. Lakin yaxın günlərdə meteoroloqlar temperaturun aşağı düşəcəyini vəd edirlər.

Mənbə: TASS

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top