İsmayıllıda qəzada ölən şəxs ehtiyatda olan hərbçi imiş - YENİLƏNİB + FOTO

HADİSƏ 20.11.2022 1433

İsmayıllıdakı qəzada ölən şəxs ehtiyatda olan zabit imiş.

Oxu.Az-ın məlumatına görə, mərhum Mərdan Əhmədov ehtiyatda olan polkovnik-leytenant olub.

Həmin şəxsin fotosunu təqdim edirik:

 

20:29

İsmayıllıda “Toyota” markalı avtomobil piyadanı vuraraq öldürüb.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Məlumata görə, hadisə axşam saatlarında şəhər ərazisində, görmə məhdudiyyətli ərazidə qeydə alınıb.

Sürücü Arif Mirzəyev idarə etdiyi “Toyota” markalı avtomobil ilə yolu keçən piyada, 1979-cu il təvəllüdlü Mərdan Əhmədovu vurub.

Nəticədə M.Əhmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb. 

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində araşdırma aparılır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top