Volqoqradın tarixi Stalinqrad adı bərpa oluna bilər

DÜNYA 20.11.2022 1238

Rusiyanın Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarov Stalinqradın tarixi adının Volqoqrada qaytarılması ilə bağlı əhalinin rəyinin öyrənilməsi üçün ictimai şuranın yaradıldığını elan edib.

Bu barədə şənbə günü vilayət administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Noyanrın 19-da Stalinqrad döyüşündə faşist qoşunlarının məğlubiyyətinin 80-ci ildönümünün qeyd edilməsinə hazırlıqla bağlı keçirilən plenumda Volqoqrad veteranları Stalinqrad tarixi adını qəhrəman şəhərə qaytarmaq təşəbbüsü ilə qubernatora müraciət ediblər. Təşəbbüsü Volqoqrad Şəhər Veteranlar Şurasının sədri Aleksandr Strukov səsləndirib və qeyd edib ki, artıq şəhər müdafiəçilərinin xatirəsi naminə tarixi ədaləti bərpa etmək və Stalinqradın adını qəhrəman şəhərə qaytarmaq vaxtıdır.

Rayon rəhbərliyindən bildirilib ki, yalnız ictimai rəyin ilkin öyrənilməsindən sonra məsələ referenduma çıxarıla bilər.

Qeyd edək ki, 1589-cu ildən 1925-ci ilə qədər şəhər Tsaritsin adlanıb. Sonradan ona Stalinqrad adı verilib. 1961-ci ildən isə şəhər Volqoqrad kimi tanınır. 30 yanvar 2013-cü ildə Volqoqrad Şəhər Duması Volqoqradın simvolu kimi “Stalinqrad” adının təsis edilməsinə qərar verib. Bu simvolik ad rəsmi olaraq ildə altı dəfə ictimai tədbirlər zamanı istifadə edilə bilər.

Mənbə: TASS

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top