Mixail Saakaşvili zəhərlənib

DÜNYA 19.11.2022 1438

Gürcüstanın həbsdə olan üçüncü prezidenti Mixail Saakaşvili zəhərlənib.

Bu barədə sabiq prezidentin vəkili Valeri Gelbaxiani xarici ekspertlərin rəyi əsasında bildirib. 

“Mən onun zəhərlənməsi faktını təsdiqləyirəm”, – deyə Gelbaxiani əlavə edib.

O zəhərlənmənin  hansı maddələrdən baş verməsinə dair araşdırmaların davam etdiyini vurğulayıb. 

Vəkil həmçinin zəhərlənmənin civə, barium və kalium kimi zəhərli maddələrdən baş verə biləcəyi haqqında məlumatlar olduğunu qeyd edib:

“Bu barədə ətraflı brifinqimiz olacaq”, - deyə Gelbaxiani sözlərini yekunlaşdırıb.

Mənbə: apsny.ge

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top